Çərşənbə axşamı , Mart 10 2026
azfa

Traxtur komandasına yeni baş məşqçisi gəldi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Traxtur komandasına yeni baş məşqçisi gəlib. Məhəmməd Təqəvinin Güney Azərbaycanın Traxtur futbol komandasının baş məşqçisi postundan istefa verməsindən sonra klub rəhbərliyi yeni baş məşqçi təyin edib.

Artıq 69 yaşlı belçikalı Corc Likens Traxturun yeni baş məqşçisi seçilib. Corc Likens Belçikada 7 dəfə ilin baş məşqçisi seçilib.

Belçikanın milli komandası Corc Likensin baş məşqçiliyi ilə 1998-ci ildə dünya kubokuna qatılıb. Tanınmış baş məşqçi 2010-cu ildə tarixinin ən ağır dövrünü yaşayan Belçikanın milli komandasını FİFA-nin reytinq sıralamasında 60-cı yerdən 18-ci yerə yüksəldib. Belçikanın milli komandası Corc Likensin komandaya cəlb etdiyi oyunçularla 2018-ci ildə dünya kubokunda 3-cü yeri tutub.

Corc Likens həmçinin Tunis, Əlcəzair və Macarıstanın milli komandalarının da baş məşqçisi olub. Artıq dünən onunla Traxtur klubunun rəhbərliyi arasında müqavilə də bağlanıb.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın