Bazar , Sentyabr 20 2026
azfa

İran Ermənistana silah və dron ötürür və Azərbaycanla qarşıdurmaya hazırlaşır

GADTB: İran Ermənistana silah və dron ötürür və Azərbaycanla qarşıdurmaya hazırlaşır. Bunu SEPAH-a yaxın mənbələr təsdiqləyib.

Küveytin “Al-Jarida” qəzeti Azərbaycan və İran KİV-lərində Hindistanın hərbi maşınlarının İran üzərindən Ermənistana daşınması ilə bağlı videomaterialların dərcindən iki gün sonra İrəvana “külli miqdarda texnika və sursat” gətirildiyi barədə məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Rusiya, İran və Hindistanın birgə qərarı əsasında son həftələr İran ərazisindən Ermənistana çoxlu sayda yüksək keyfiyyətli silah-sursat, o cümlədən dronlar, əsgərlərin daşınması üçün izlənilən maşınlar, yer-yer və yer-hava tipli raketlər, həmçinin Rusiya və Hindistan istehsalı olan radar sistemləri göndərilən yüklərin içərisindədir.

Mənbənin bildirdiyinə görə, bu, Azərbaycan, Türkiyə və İsrailin addımlarını neytrallaşdırmaq və onların Sünikin (Zəngəzur)  “ələ keçirilməsinə” mane olmaq üçün güc balansı yaratmaq məqsədi daşıyır./Azad İran

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …