GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün sentyabr ayının 25-i Güney Azərbaycanın Traxtur komandası Tehranda Saypa komandası ilə yarışda milli şüarlar, o cümlədən “Türk dilində mədrəsə-olmalıdır hər kəsə” şüarı səsləndirdilər.
Qeyd edək ki, Tehranın “Pas-i Qəvvamin” stadionunda bu şəhərin “Saypa” komandası ilə Güney Azərbaycanın “Traxtur” komandası arasında yarış keçirilib..
“Traxtur” komandası İran üzrə futbol klublarının super liqa yarışlarının 5-ci həftəsində keçirilən görüşdə 1:0 hesabı ilə qalib gəlib.
Azərbaycan komandasına qələbə qazandıran qol Kevin Fortune tərəfindən 10-cu dəqiqədə vurulub.
Bu qələbədən sonra Mustafa Dənizlinin yetirmələri 11 xalla müvəqqəti olaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.