Traxtur tərəfdarları həmin komandanın Alüminiumla oyununa Persepolisçi hakimin təyin edilməsinə etiraz edir

GADTB: Traxtur tərəfdarları Payam Heydərinin “Traxtur”la “Alüminium” oyununa hakim təyin edilməsi və VAR komandasında Hüseyn Ziyari və Məhnaz Zokainin olmasına öz etirazlarını bildiriblər.

Bildirilir ki, Traxtur ilə uzun müddətdir ədavəti olan İran Futbol Federasiyası bu qarşılaşma üçün VAR hakimi kimi dövlətə məxsus Persepolis komandasına dəstək verən Məhnaz Zokaini təyin edib. Bu da haqlı olaraq Traxtur azarkeşlərinin böyük narahatlığına səbəb olub.

Traxtur tərəfdarları klubun menecerlərindən Pəyam Heydari və Məhnaz Zokaini bu oyunun hakimlər briqadasında olmasına icazə verməməyi xahiş ediblər. Tərəfdarlar bu təyinatın federasiyanın dəstəklədiyi komandaların xeyrinə nəticənin saxtalaşdırılması cəhdi hesab edir və klub rəhbərliyini bu məsələyə tez reaksiya verməyə və öz etirazlarını rəsmən bəyan etməyə çağırıblar.

Traxtur tərəfdarları vurğulayırlar ki, hakimlər briqadası dəyişdirilməsə, oyunun nəticəsi ilə bağlı hər zamankı kimi qərəzli və təsirli qərarlar verilə bilər və bu, turnir cədvəlinin yuxarı pilləsində qərarlaşan Traxtur komandasının hüquqlarını poza bilər. Onlar Traxturun hüquqlarını müdafiə etmək və hər hansı ədalətsizliyə yol verməmək üçün klub rəhbərliyindən təcili və qəti addımların atılmasını tələb edirlər.

Həmçinin yoxlayın

Tramp: İran razılığa gəlməsə, misli görünməmiş bombardımana məruz qalacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə …

Molla rejimi azərbaycanlı körpəyə türk adı ilə şəhadətnamə verilməsinə qarşı çıxır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları …