GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizdə keçirilən Traxtur futbol klubunun yarışına Güney Azərbaycanın bir çox bölgəsindən tərəfdarlar gəlib.
Azərbaycanlı futbol tərəfdarları yarışdan öncə şəkil çəkdirərək əsgər salamı ilə Türkiyə əsgərinə və “Sülh çeşməsi” əməliyyatına dəstək mesajı yollayıblar.
Güney Azərbaycanın müxtəlif şəhərlərindən, o cümlədən Xoy, Urmiya, Ərdəbil, Qəzvin və s. şəhərlərdən qrup halında Təbrizə gələn tərəfdarlar irqçi fars rejimin terrora dəstək aksiyalarına qarşı Türk ordusuna əsgər salamı verərək Türkiyəni himayə ediblər.