GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” futbol komandası İran Premyer Liqanın 19-cü həftəsinin oyunları çərçivəsində yeni qarşılaşmasını keçirib.
Fevralın 6-ı yerli vaxtla saat 16:10-da Təbriz təmsilçisi İsfahanın “Zob ahən” komandası ilə üz-üzə gəlib.
İsfahanın “Fuladşəhr” stadionunda keçirilən oyunda Azərbaycan təmsilçi 1-0 hesablı qələbə qazanıb
Bununlada xallarını 41-ə çatdıran “Traxtur” liderliyini qoruyub saxlayıb. İsfahanın “Zob ahən” komandası isə 24 xalla 7-ci pillədə qərarlaşıb.
Qaşqaylar Güney Azərbaycanın “Traxtur” komandasına dəstək olaraq milli şüarlar səsləndirirlər.: “O can, bu can, bir candır. Qaşqaylı Azərbaycandır! Azərbaycan sağ olsun! Qaşqay var olsun, Azərbaycan sağ olsun!”.
Eyni zamanda qaşqaylar İsfahanın Fuladşəhr şəhərində keçirilən “Traktor”-“Zobahən” futbol komandalarının qarşılaşması çərçivəsində milli geyimlər geyinərək şüarlar səsləndiriblər.
Video: