Cümə axşamı , İyun 1 2023
azfa

Türk Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti iclası Azərbaycanda keçiriləcək. Bunu jurnalistlərə Türk Şurasının Baş katibi Bağdad Həmrəyev Qırğız Respublikasının şimalındakı Çolpon-Ata şəhərində keçirilmiş zirvə görüşünün nəticələrini şərh edərkən bildirib.

O, bununla belə, növbəti sammitin tarixini açıqlamayıb.

B.Həmrəyev deyib ki, bu gün Qırğız Respublikasında keçirilən zirvə görüşündə Türk Şurasına üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.

Xatırladaq ki, Türk Şurasına Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə daxildir. Özbəkistanın da iclasa qatılacağı bildirilir.

 

Həmçinin yoxlayın

İranın ABŞ-ın sanksiyalarında gizli yayındığı ifşa olundu

GADTB: Washington Post: “Mühacirətdə olan İran rejiminə müxalif qrupun açıqladığı gizli daxili sənədlər göstərir ki, …

Təbrizdə molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı fəallara …

Bir cavab yazın