Bazar , Oktyabr 18 2026
azfa

Türk dövlətlərinin müdafiə nazirləri görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 30-da milli müdafiə naziri Hulusi Akar Türkiyedə səfərdə olan bəzi nazir və nazir müavinləri ilə görüşüb.

Hulusi Akar özünün dəvəti ilə Türkiyeyə gələn Azərbaycanın müdafiə naziri general Zakir Həsənov, Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu, Qazaxıstan müdafiə nazirinin müavini general-mayor Sultan Kəmaləddinov, Qırğızıstanın müdafiə naziri briqada generalı Akılbek İbrayev və Özbəkistan müdafiə nazirinin müavini polkovnik Hamdan O Karşıyevlə Milli Müdafiə Universitetinin Hərbi Akademiyasında keçirilən görüşdə bir araya gəlib.

H.Akar Türkiyə Silahlı Qüvvələrinin komandanlığını və qonaq nazirləri və müavinlərini bir-bir qarşılayıb.

Nazir Akar çıxışında qardaş ölkələr olaraq bir araya gəlməyin əhəmiyyətini vurğulayaraq deyib:

“Hər kəsin bildiyi kimi, dünyada heç kim təkbaşına dayana bilməz. Ona görə də dost, qardaş və müttəfiq ölkələr bir-biri ilə əməkdaşlıq etməli, danışıqlar aparmalıdır. Bizimlə hərbi təlim əməkdaşlığı və müdafiə sənayesi ilə bağlı əlaqələri daha da inkişaf etdirə bilərik. Bununla bağlı qərar yoxdur. Hər kəs öz fikrini, nəzərini ortaya qoyacaq, birlikdə qərar verəcəyik. Çünki sülh dövrlərindən yaxşı istifadə edə bilməsək, risk dövrləri çox gec olacaq. Bu fəaliyyətlər heç bir şəkildə üçüncü ölkələrə qarşı bir münasibət deyil”.

H.Akar Şimali Kıbrıs Türk Cümhuriyyəti xarici işlər naziri Tahsin Ərtoğruloğlunun gəlişi zamanı “Kıbrıs bizim milli məsələmizdir” deyə səsləndikdə, Azərbaycan müdafiə naziri Z.Həsənova “Qardaşım gəldi” deyə müraciət edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …