Türk Dünyasının İlk Film Festivalının “Ata Kurkut” (Dədə Qorqud) adlı yarışma bölümündə iştirak edəcək sənədli filmlərin adları açıqlanıb. Beləliklə, Türk Dünyası Beynəlmiləl Film Festivalı fəaliyyətə başlayıb.
Məlumata görə, Azərbaycandan yönətmən Elçin Musaoğlunun çəkdiyi “Natiq Qasımov” və İrandan Məhəmmədəli Moradinin yönətməni olduğu “Ekizlər” filmi başqa 11 filmlə rəqabət aparacaq.
Türkiyədən məşhur yönətmən, “Bal” filmi ilə Berlinin “Qızıl Ayı” cayizəsinin qalibi Semih Kaplanoğlu “Aslı” filmi ilə iştirak edir.
İrandan İsmayıl Münsif “Kömür”, Azərbaycandan İlhan Cəfərov “Yarım xatirələr”, Oktay Mirqasımov isə “Qisasdan əvvəl” filmi ilə başqa 10 filmlə yarışacaqlar. Festivalda iranlı Rza Siami sənədli film bölməsində davər olaraq iştirak edir.