Çərşənbə , Oktyabr 21 2026
azfa

Fuad Oktay Türk əsgərlərinin tezliklə Azərbaycana gələcəyini bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Vitse-prezidenti Fuat Oktay parlamentdəki çıxışında bəyan edib ki, Türk əsgərləri ən qısa zamanda Azərbaycanda vəzifələrini icra etməyə başlayacaqlar.

F.Oktay bildirib ki, Türkiyə Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstəyini davam etdirir: “44 gün ərzində işğalçı Ermənistanın Qarabağdan qovulması Türkiyə-Azərbaycan dostluğunu meydanda da bütün dünyaya göstərdi. 30 ildir Ermənistanın Qarabağdakı zülmünə, son hücumlar zamanı mülki əhalini və şəhərləri bombalamasına laqeyd qalmadıq. Bu ədalətsizliklərə bəzi ölkələr kor və kar qaldığı halda, biz bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduq”.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …

Bir cavab yazın