Çərşənbə axşamı , Aprel 29 2025
azfa

Türk dünyasının ortaq mətbu orqanı “Kardeş kalemler” jurnalının növbəti nömrəsi işıq üzü görüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avrasiya Yazarlar Birliyinin (AvYB) mətbu orqanı “Kardeş kalemler”in may sayı böyük qazax şairi Ğalim Jaylıbaya həsr olunub.

Jurnalın ilk səhfələrində şairin tərcümeyi-halı və şeirləri yer alıb. Şeirləri Türkiyə türkcəsinə Nərgiz Biray və Cəmilə Lınacı tərcümə ediblər.

Jurnalda Temirhan Medetbekin “Şeir dünyasının “Şertpe Küyü”, Serik Kirabayevin “Bu günün şeiri”, Serik Aksunkarulının “Jekkazğana şeir gəlib…”, Beybit Cumahjanın “Qazax ruhunu valilər deyil, şairlər ucaldar”, Amangəldi Kenşilikulinin “Bozqırın şeirləri şair Ğalim Jaylıbayın şairliyi üzərinə” məqalələri yer alıb. Bu yazıların hamısı Ğalim Jaylıbaya həsr edilib. Bu bölmədəki bütün məqalələri Ufuk Tuzman tərcümə edib.

Kastamonuda keçirilən IX Türk Dünyası Ədəbiyyat Dərgiləri konqresi haqqında “Kardeş kalemler” jurnalı üçün reportajı AvYB-nin sədri Yaqub Öməroğlu qələmə alıb.

Nəşrddə Rahmi Alinin “Türk Dünyasında İlin Ədəbiyyat Adamı-2018” adlı məqaləsi də dərc edilib.

Jurnalın bu nömrəsində Özbəkistandan Aydın (Mənzurə Sabirova) “Ey gözəl Canan!” (tərcümə Vəli Savaş Yelok), Tatarıstandan Alsu Hasanova Bulutun “Törə” (tərcümə Levent Bulut), Türkiyədən Necdat Ekicinin “Çolpan Yıldızı” hekayələri verilib.

Həmçinin jurnalın “Xəbər” bölməsində oxucular TÜRKSOY tərəfində keçirilən qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubiley tədbirindən reportajı oxuya biləcəklər.

Həmçinin yoxlayın

Muğanda azərbaycanlı ailə öz övladına “Güntay” adına doğum şəhadətnaməsi ala bilmir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində azərbaycanlı ailə öz pvladına “Güntay” adına doğum şəhadətnaməsi ala bilmir. …

Molla rerjimin həbs etdiyi azərbaycanlı fəal Kərim İsmailzadənin həyatı təhlükədədir

GADTB: irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Kərim İsmailzadənin həyatı təhlükədədir. Azərbaycanın tanınmış hüquqşünas …

Bir cavab yazın