Şənbə , Mart 14 2026
azfa

Türk komandoslar Qəndil terrorçuları üçün əməliyyata hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri PKK ilə mübarizə tədbirləri çərçivəsində ölkə daxilində və xaricində yeni əməliyyatlara hazırlaşır.

Məlumata görə, İğdırın Aralıq mahalında jandarma qüvvələrinin və sərhədin digər tərəfində əsgərlərin əməliyyatları PKK-nın maliyyə mənbələrinin aradan qaldırılmasına hesablanıb. Narkotik ticarəti və qaçaqmalçılıqdan maliyyələşən PKK-ya ən böyük zərbənin isə Qəndildə vurulması planlaşdırılır.

Bu çərçivədə İraq mərkəzi hökuməti ilə Türkiyə tərəfi arasında danışıqlar intensivləşdirilib. Türk xüsusi təyinatlılarının tezliklə Qəndilə sarsıdıcı zərbə vurmağa hazırlaşdığı qeyd olunub.

 

Həmçinin yoxlayın

Bu gün Təbrizdə molla rejimin mövqelərinə çoxsaylı hücum olub

GADTB: Bu gün səhər saatlarında Təbrizin müxtəlif bölgələri 3 mərhələdə hava hücumuna məruz qalıb. Bu …

Özbəkistan: Türk Dövlətləri Təşkilatında hərbi-texniki əməkdaşlıq təbii prosesdir

GADTB: Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib ki, Türk Dövlətləri Təşkilatı …

Bir cavab yazın