GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstanda paytaxtın adının dəyişdirilməsinə etirazlar martın 22-də də davam edib.
“Şapaqat” ticarət mərkəzinə toplaşan onlarla şəxs Astana şəhərinə Nursultan adının verilməsinə dinc etirazlarını bildirib. Polis 60 nəfər aksiya iştirakçısını saxlayıb.
Bir gün əvvəl isə analoji aksiya ilə bağlı şəhər meriyasının binası qarşısında polis daha 20 nəfəri saxlayıb.