Çərşənbə , Yanvar 15 2025
azfa

Türk ölkəsi Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik rotasiya qaydasında Çindən Qırğızıstana keçib.

Qırğızıstan iyunun 9-10-da ŞƏT-in Çindao şəhərində keçirilən 18-ci zirvə görüşündən sonra təşkilata bir il müddətinə sədrlik edəcək. ŞƏT-in növbəti zirvə görüşü də 2019-cu ildə Qırğızıstanda keçiriləcək.

Qeyd edək ki, 2001-ci ildə yaradılan təşkilata hazırda 8 dövlət – Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacıkistan, Özbəkistan, Pakistan və Hindistan üzvdür.

Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş statusu ilə təmsil olunur.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan valisi Rza Rəhmanidən mühacir kürd Qəsim Osmaniyə kəskin cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan valisi Rza Rəhmani mühacir kürd Qəsim …

Molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB: İrqçi fars-molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alim Əhmədrza Calalinin həyatı təhlükədədir. Tehranın Evin …

Bir cavab yazın