Bazar ertəsi , Noyabr 16 2026
azfa

Türk ordusunun insanlıq dərsi – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Zeytun budağı” əməliyyatının gedişatında martın 18-də Suriyanın Afrin şəhərini PYD/YPG terrorçularından təmizləyən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu təhlükəsizlik işlərini davam etdirir.

Türkiyə Silahlı Qüvvələri şəhərin əməliyyatdan sonrakı görüntülərini paylaşıb.

Fotoların altında yazılan “Mülki və günahsız insanlar, ətraf mühit, tarixi əsərlər, dini və mədəni tikililər Türkiyə Silahlı Qüvvələri üçün toxunulmazdır” sözləri diqqət çəkir. Havadan çəkilən fotolar Suriya və İraqda həyata keçirilən anti-terror əməliyyatlarından sonrakı görüntülərlə müqayisə edilib.

Afrindən paylaşılan fotolar Türkiyə Silahlı Qüvvələrinin dünyaya verdiyi bir mesajı və insanlıq dərsi kimi qiymətləndirilə bilər.

 

 

Həmçinin yoxlayın

Təbrizdə “Aşıqlar gecəsi” mərasimi: Aşıq sənətinin 40 tanınmış veteran sənətkarı təltif olunacaq

GADTB: Şərqi Azərbaycan Aşıqlar Mədəniyyət və İncəsənət Dərnəyi vilayətin Mədəniyyət və İslami İrşad Baş İdarəsi …

Azərbaycanın Traxtur komandası Asiyanın ən çox azarkeş toplayan ikinci komandası oldu

GADTB: Asiya Futbol Konfederasiyasının açıqlamasına görə, Azərbaycanın Traxtur komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Vəhdə komandası …

Bir cavab yazın