Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Tramp seçki şousu ilə özünü prezident elan edən Putini təbrik etməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ağ Ev ABŞ prezidenti Donald Trampın Vladimir Putini Rusiyada prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik etməməsinin səbəbini izah edib. Bu barədə Reuters agentliyi Ağ Evin nümayəndəsi Hoqan Qidliyə istinadən məlumat verib.

“Prezident bununla bağlı əvvəlcədən telefon danışığı planlaşdırmayıb, çünki hazırkı Rusiya prezidentinin qələbəsinə şübhə etməyib. Bu xəbər onun üçün gözlənilməz olmayıb”, deyə Ağ Ev rəsmisi vurğulayıb.

O əlavə edib ki, ABŞ Rusiya ilə münasibətləri inkişaf etdirməyə çalışacaq, təhdidlər isə sanksiyalarla qarşılanacaq.

Rusiya müxalifəti isə Rusiyada seçki yox, seçki şousu nəticəsində Putinin özünü prezident elan etməsini açıqlayıb.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın