GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın Ayn əl-Ərəb bölgəsini “Fırtına” haubitsaları ilə vurub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, top atışları nəticəsində 4 terrorçu məhv edilib, daha 6-sı yaralanıb.
Bu gün həmçinin Türkiyənin Şanlıurfa bölgəsində sərhəd polis məntəqəsinə hücum edilib.
Məlumata əsasən, terrorçulara qarşılıq verilib, nəticədə 10 terrorçu məhv edilib. Türk ordusu itki verməyib, ancaq bir hərbi maşına ciddi ziyan deyib.