Çərşənbə axşamı , Avqust 16 2022
azfa

Türk Şurasının nümayəndə heyəti işğaldan azad olunan Ağdama getdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

Qonaqlar ilk öncə Ağdam Cümə məscidində olublar. Nümayəndə heyəti Ağdamda Ermənistanın dağıtdığı binları öz gözləri ilə görüblər. Daha sonra Pənahəli xanın məqbərəsinə səfər ediblər.

Nümayəndə heyətinə TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyət və İrsi Fondunun prezideni Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, XİN-in İkinci Avropa idarəsinin müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktoru Fərrux Cumayev və digər şəxslər daxildir.

Nümayəndə heyəti Ağdamdan sonra Füzuli rayonuna səfər edəcəklər.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Danışır Güney Azərbaycan” proqramında çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

İran rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Məhəmməd Eyni elektrik qandalla sərbəst buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Rəştdə həbs etdiyi azərbaycanlı milli …