Cümə axşamı , Fevral 12 2026
azfa

Türk yurdu Kərkükü Kürdüstana qatmaq istəyən Məsud Bərzani hakimiyyətə qayıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqdakı kürd muxtariyyətində keçirilən seçkilərdə Məsud Barzaninin hakim “Demokratik Kürdüstan Partiyası” (DKP) qalib gəlib.

Seçki bu il sentyabrın 30-da keçirilsə də çoxsaylı şikayətlərin araşdırılmasına görə rəsmi nəticələr oktyabrın 20-də elan edilib.

Barzaninin partiyası parlamentdə 45, hakim koalisiyanın tərəfdaşı “Kürdüstan Vətənpərvərlər İttifaqı” (KVİ) partlyası isə 21 yer qazanıb.

İri müxalifət partiyası olan “Dəyişiklik uğrunda hərəkat” partiyası isə 12 yer qazanıb. İraqdakı kürd muxtariyyətinin parlamentində 111 deputat yeri var.

1990-cı illərdə DKP və KVİ arasında vətəndaş müharibəsi olsa da sonradan hakimiyyəti bölüşmək üçün kolaisiya yaratdılar.

Həmçinin yoxlayın

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib. Mehdi …

Tarumda bir qrup azərbaycanlı şəxslər saxlanılıb

GADTB: Zəncan vilayətinin Tarum rayonundan olan təqaüddəki müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 4 bəhmən …

Bir cavab yazın