Şənbə , Oktyabr 24 2026
azfa

ABŞ İran adlanan ölkənin nüvə silahı hazırlamağa davam etdiyini düşünür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İran adlanan ölkənin nüvə silahı hazırlamağa davam etdiyini düşünür. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton “Exo Moskvı” radiostansiyasına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməyə davam etməsinə səbəb Vaşinqtonun Tehranın nüvə silahı hazırlamağı davam etdirməsini düşünməsidir: “Bizim İrana qarşı etdiklərimiz onların nüvə silahı hazırlamağı davam etdirməsini düşündüyümüzdən irəli gəlir. Biz hesab etmirik ki, onlar strateji olaraq bundan imtina edib. Eyni sözlər beynəlxalq terrorizmədə aiddir”.

Müşavir qeyd edib ki, buna görə ABŞ sanksiyaları Tehrana maksimum təzyiq göstərməlidir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın