Cümə axşamı , Aprel 25 2024
azfa

Türkiyə ilə ABŞ arasında ixtilafa səbəb olan məsələlərin biri ortadan qalxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin İzmir şəhər məhkəməsi amerikalı keşiş Endryu Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib və onu ev dustaqlığından azad edib.

Məhkəmə Bransonun nəzarətdə olduğu müddəti nəzərə alaraq onun üzərindən cəzanı, o cümlədən xaricə çıxmaq qadağasını aradaq qaldırıb.

Əvvəllər məhkəmə keşişin vəkillərinin apelyasiyasını üç dəfə rədd etmişdi.

Qeyd edək ki, Bransonun işi ilə əlaqədar Vaşinqtonla Ankaranın münasibətləri xeyli gərginləşmişdi. 2016-cı ildə həbs edilən amerikalı keşiş dövlət çevrilişinə cəhddə əli olmaqda və PKK ilə əlaqədə şübhəli bilinirdi. Avqust ayının əvvəllərində ABŞ-ın Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı “insan haqlarının ciddi pozulması” ittihamı ilə sanksiya tətbiq etmişdi.

Bundan sonra ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal edilən alüminium və poladın rüsumlarının artırılmışdı. Ankara isə buna cavab olaraq Amerika istehsalı olan bir sıra məhsulların, o cümlədən tütün, spirtli içkilər, avtomobil, kosmetik vasitələr, düyü və meyvələrin rüsumunu qaldırmışdı.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın