Cümə axşamı , Aprel 15 2021
azfa

Türkiyə Kiprdə ikidövlətli həll yolunu irəli sürür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Kiprdə ikidövlətli həll yolunu irəli sürüb. Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

Akar deyib ki, Kipr Türkiyənin milli məsələsidir.

O həmçinin bildirib ki, Kiprdə qarant dövlətlərdən biri Türkiyədir:

“Həqiqəti əks etdirməyən bəyanat və təşəbbüslər nə Cənubi Kiprə, nə də Yunanıstana fayda verəcək. Onlar bir an əvvəl türklərin bölgədəki varlığını qəbul etməlidirlər. Bölgədə yaşayan xalqlar da eyni hüquqa malikdirlər. Ümid edirik ki, Avropa Birliyi (AB) də bu mövzuda lazım olan addımları atacaq. Çox təəssüf ki, bölgədə baş verən hadisələrə sadəcə yunanların gözü ilə baxılmaqdadır. Bu da beynəlxalq hüquq normalarına zidd hərəkətdir. Adada artıq tək çıxış yolunun ikidövlətli həll variantı olduğunu hamı görməlidir”.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası Özbəkistanın Paxtakor komandası ilə yarışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Asiya Çempionlar Liqasının qrup mərhələsində Güney Azərbaycanın Traxtur …

Rejimin məmurlarının təzyiqinə məruz qalan Yusif Karini zindanda özbölməsinə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprılin 14-də axşam saatlarında azərbaycanlı siyasi məhbus Yusif …