Bazar ertəsi , Yanvar 17 2022
azfa

Türkiyə mətbuatı İran rejiminin şərləyib yenidən 50 ay həbsə məhkum etdiyi azərbaycanlı fəaldan yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimimin şərliyib yenidən 50 ay  həbsə məhkum etdiyi azərbaycanlı fəal Əlirza Fərşidən yazıb.

Müxtəlif mətbuat orqanlarında Əlirza Fərşiyə qarşı İran məhkəmə sisteminin ədalətsiz qərarı əks etdirilib.

Dərc olunan xəbərlərdə Əlirza Fərşini türk dilinin qorunması və tədrisi uğrunda mübarizə aparığı vurğulanıb və bildirilib ki həmin fəaliyyətə görə İran məhkəmə sistemi azərbaycanlı milli fəal barəsində ədalətsiz qərar çıxarıb.

Türkiyə mətbuatından “Yeni Şafak”, ”TIMETURK”, ”Anadolu” agentliyinin fars və türk bölmələri, “Star” və digər  mətbuat orqanları türk fəal barədə həmin xəbəri yayınlayıblar.

Qeyd edək ki, onsuz da günahsız yerə həbs edilən azərbaycanlı fəal Əli̇rza Fərşi̇yə qarşı saxta ittihamlarla yeni dosya hazırlanıb və bir neçə gün əvvəl xəbər vermədən və vəkilin iştirak olmadan fəala qarşı 50 ay həbs cəzası verilib. Hakim Fərşinin dosyada yer alan fakt və sübutları öyrənməsinə, hətta özünəmüdafiə ərizəsi hazırlamasına icazə verməyib.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Əlirza Fərşi 2014-cü ildə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Bəharistan şəhərinin hökmlərin icrası şöbəsi tərəfindən verilən qərara əsasən 21 iyul 2020-ci ildə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənmafi Nadarlı həbs edildi. Hazırda Əlirza Fərşi Tehranın zindanında məzuniyyətə buraxılmadan həbs cəzasını çəkməkdədir.

Azərbaycanlı fəal Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran molla rejiminin təzyiqlərinə məruz qalmış və universitetdə tədris etməsinə icazə verilməyib.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …