Türkiyə ordusu Afrində kürd terrorçularından daha 2 kəndi azad etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri və ASO Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində irəliləməyə davam edib. Əməliyyatın 21-ci günündə türk aviasiyasının yenidən hücumlara qoşulması terrorçu PKK-PYD-ə ağır zərbə vurub.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri və ASO əməliyyat çərçivəsində daha 2 kəndi – Nisriyyə və Dükkanı terrorçulardan təmizləyib.

Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı çərçivəsində təşkil etdiyi hücumlarda terrorçulara aid silah anbarları, sığınacaq və döyüş mövqelərinin daxil olduğu 19 hədəf məhv edilib.

Məlumata görə, əməliyyatın başladığı tarixdən indiyə qədər zərərsizləşdirilən terrorçu sayı 1062-ə yüksəlib.

Həmçinin yoxlayın

Bakıda İran Mədəniyyət Mərkəzi bağlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Bakıdakı “Mədəniyyət Mərkəzi”nin fəaliyyəti dayandırılıb. Bununla bağlı …

Molla rejimi Urmiya gölünə ayrılan milyonlarla pulu yeyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aktyor Rza Kianian molla rejimin Urmiya gölünə ayrılan …

Bir cavab yazın