Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Türkiyə ordusuna duruş gətirə bilməyən PKK terrorçuları meşələri yandıraraq, qaçırlar

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə ordusunun keçirdiyi uğurlu əməliyyatlarla küncə sıxışdırılan PKK terrorçuları Qəndildən qaçmağa başlayıb. Terrorçular qaçarkən meşə sahəsini yandırıb.

Yerli əhalinin sözlərinə görə, xüsusən Kanireş bölgəsində yaşanan şiddətli atışmalardan sonra ərazi terrorçulardan təmizlənib. Terrorçular qaçarkən meşə sahələrinə od vurub.

Türk ordusu ərazinin təbii şəraiti və tələlər qurulması ehtimalına qarşı yanğına müdaxilə edə bilməyib.

Digər tərəfdən isə Türkiyə Silahlı Qüvvələrinin əməliyyat keçirdiyi Qəndil dağında PKK terror qruplaşmasının mövcud strukturu barədə ətraflı məlumat yayılıb.

Türkiyə mətbuatı PKK-nın düşərgələri və düşərgələrin təyinatı barədə yazıb.

PKK-nın Şərq cəbhəsi qruplaşması

Şəhid Harun düşərgəsi: Qadınlardan ibarət qruplaşma və cəbbəxana yerləşir.

Berda Kaşu düşərgəsi: Rabitə məntəqəsinin yerləşdiyi təpəlik.

Şəhid Ayxan düşərgəsi: Təxminən 300 terrorçu məskunlaşıb.

Dolekoge düşərgəsi: Təxminən 400 terrorçu məskunlaşıb.

Asus düşərgəsi: İrana giriş-çıxış buradan edilir. Qaçaqmalçılıqla məşğul olanlardan vergi toplanılan gömrük məntəqəsi yaradılıb.

Kalatukan düşərgəsi: Qəndilin əsas cavabdehlərindən sayılan “Əhməd Malazgird” kod adlı terrorçunun rəhbərliyində 20-yə qədər terrorçu məskunlaşıb.

Qəndil dağının Qərb cəhbəsi qruplaşması

Kurtak düşərgəsi: Təxminən 300 terrorçu məskunlaşıb.

Bole düşərgəsi: PKK-nın qadın qanadı və cəbbəxanası yerləşir.

Levce düşərgəsi: Yaralıların müalicə edildiyi tibb məntəqəsi yerləşir.

Şəhid Rüstəm düşərgəsi: Terrorçulara təlim keçirilir, mədəniyyət sahəsində təbliğat aparılır.

Zergele düşərgəsi: Təlim keçirilir. Düşərgənin cavabdehi PKK şurasının üzvü “Avareş” kod adlı Mustafa Qarasudur.

Surede düşərgəsi: PKK-nın liderləri bu düşərgədə yaşayır.

Belekati düşərgəsi: Cəmil Bayık burada qalır.

 

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın