GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçu PKK-ya aid hədəflərə hava zərbələri endirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyatlar PKK/PYD/YPG və digər terrorçu qrupların təsirsiz hala gətirilməsi məqsədi ilə həyata keçirilib. Belə ki, antiterror əməliyyatı Hakurk, Metina, Zap vә Avaşın-Basyan bölgәlәrindә həyata keçirilib.
Əməliyyat zamanı terrorçulara aid sığınacaq, mağara, tunel və anbarlar mәhv edilib. Dinc əhalinin can və mal təhlükəsizliyi, ekologiyanın qorunması istiqamətində maksimum həssaslıq göstərilib”.