Bazar ertəsi , İyun 23 2025
azfa

Türkiyə terrorçuların yerləşdiyi əraziyə ordu yeritdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusu İraqın şimalında həyata keçirdiyi “Pəncə Qartal-2” antiterror əməliyyatı ilə terrorçuların mövqeyini məhv edir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar çərçivəsində Qara bölgəsində 3-ü yüksək “rütbəli” olmaqla, 19 terrorçu zərərsizləşdirilib.

Bundan başqa, Türkiyə ordusu F-16 qırıcılar, helikopter və PUA-larla Priz, Berqara və Siyana bölgələrində terrorçuların hədəflərini dəqiq zərbələrlə darmadağın edib. Türkiyə ordusu Siyana bölgəsini mühasirəyə alıb və 2 mindən artıq hərbçi bölgəyə yerləşdirilib.

Həmçinin, əməliyyatlar zamanı terrorçulara aid komandanlıq mərkəzi və iclas binası da vurulub.

Həmçinin yoxlayın

Təbrizdə Sepah-ın silah anbarları və bazaları vuruldu-Video

GADTB: Bu gün səhər saatlarında Təbrizin bie neçə bölgəsində Sepah-ın silah anbarları və bazaları vurulub. …

Xameneinin öldürülməkdən qorxaraq bütün elekteron əlaqələrini kəsdi

GADTB: Öldürülməkdən qorxan Xamenei gizlənərək bütün elekteron əlaqələrini kəsib. Bunkerdə gizlənən Əli Xamenei öldürülmək təhlükəsindən …