Şənbə , Aprel 27 2024
azfa

Türkiyənin əməliyyat keçirməsindən qorxan PKK qəsəbəni ruslara verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK/YPG-nin Eyn İsada Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusuna qarşı təxribat xarakterli hücumları 20 gündən çoxdur davam edirdi.

Bu barədə “Yeni Şəfəq” nəşri məlumat yayıb.

Bildirilir ki, bölgədəki terrorçuların bir sıra mövqeyi top atəşləri ilə məhv edilib. Bundan başqa, PKK terrorçuları Türkiyənin hər an əməliyyata başlayacağından narahat olaraq şəhərdən çıxmağa başlamışdı. Bölgəni tamamilə boşaltmağa çalışan terrorçuların yardımına Rusiya və Əsəd rejimi gəlib.

Dekabrın 7-dən PKK ilə Rusiya və Əsəd rejimi arasında danışıqlar başlayıb.

Artıq ötən gündən etibarən Eyn İsanın Rusiya və Əsəd qüvvələrinin nəzarətinə verildiyi iddia edilib.

Qəsəbədəki rəsmi binalara Rusiya və rejim bayraqları sancılıb.

Bundan başqa, terror təşkilatının liderlərindən Riyad Xələf M4 magistral yolunda ruslarla birlikdə 3 hərbi post qurulacağını söyləyib. Hərbi postların Eyn İsanın şərq, qərb və şimalında qurulacağı ifadə edilib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın