Şənbə , Aprel 20 2024
azfa

Abbas Lisaniyə uzun müddət sonra yaxınları ilə telefon əlaqəsinə icazə verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən irqçi fars rejimin məmurları Abbas Lisaniyə uzun müddət sonra yaxınları ilə telefon əlaqəsinə icazə verdilər.

Ondan bir gün öncə isə Ərdəbilin səhiyyə ekibindən bir qrupu zindana gələrək Abbas Lisanini müalicə etməyə başlamasından sonra rejimin Ərdəbildə yerləşən məhkəmə rəisi Abbas Lisani ilə görüşə gəlib. Bundan sonra isə fəala ailəsilə telefona əlaqəsi yaratmağa imkan verilib.

Abbas Lisani telefon əlaqəsində deyib ki, Sırağa gün Ərdəbilin Tibb İdarəsindən gəlib, tibb məntəqəsində mənimlə görüşdülər və müalicəmlə məşğul oldular. Dünən isə Ərdəbilin Ədliyyə rəisi Nasir Ətibbati, eləcə də prokuror Abdulla Təbatəbai və Pentensiar Xidmətin rəisi Seyid Müctəba Hüseynidən ibarət heyət Tibbi heyətin tövsiyəsilə mənimlə görüşmək və sağlıq durumumla tanış olmaq üçün zindana gəlib. Onlara saxlandığım bölmədə hökm sürən vəziyyətlə bağlı məlumat verdikdən sonra mənə və zindan məsullarına mənə qarşı tətbiq edilmiş görüş və telefon əlaqəsi qadağası ortadan qaldırıldı”.

Qeyd edək ki, iki həftə öncə rejimin Ərdəbildəki zindanında həbsdə saxlanılan zərbaycanlı siyasi məhbuslar koronavirusa yoluxduruldu. Onsuz da Qarabağ müharibəsi başlayandan görüş və telefon əlaqəsinə qadağa qoyulduğu Abbas Lisani də koronavirusa yoluxduruldu və onun vəziyyətinin ağır olduğu bildirilirdi.

Qeyd edək ki, rejimin Ərdəbildə yerləşən zindanının 7-ci bölməsində saxlanılan siyasi məhbus Abbas Lisaninin Qarabağın azadlıq müharibəsi ilə əlaqədar noyabrın 13-dən bəri telefon əlaqəsi saxlamaq və ailəsi ilə görüşməsi qadağan edilib.

30 sentyabr tarixində Lisani adına fəaliyyət göstərən “Telegram” və “İnstagram” səhifələrində bir video yayınlanmışdı. Videoda həbsindən bir neçə gün öncə A.Lisani yaxın gələcəkdə işğalçı ermənilərin kabuslarının gerçəkləşəcəyini bildirirdi.

Video çıxışında Abbas Lisani bildirirdi ki; “Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan parlamentdə Dağlıq Qarabağın işğalçılarına və işğalının tərəfdarlarına Qarabağ məsələsi həll olunmasa, Cənubi Azərbaycan adlı “yatmış dev” ilə qarşılaşacağıq. Əgər o dev oyansa bizi yox edəcək.

Həmin video müraciətdə Abbas Lisani deyirdi ki, “Türk və Azərbaycan düşmənlərinə pis xəbərim var. Onlara bildirmək istəyirəm ki, yatmış dev Azərbaycan artıq oyanıbdır. İran opozisionu dekabr 2017-ci il etirazlarında Azərbaycanın siyasi çəkisini başa düzgün dəyərləndirə bilmədilər. Bu onların ciddi stratejik səhvi idi. Bu gün Azərbaycan güclü şəkildə bir neçə cəbhədə döyüşməəyə qadirdir. Bu cəbhələrdən biridə Qarabağ cəbhəsidir. Vaxtı çatanda hamı Azərbaycanın necə bir güc göstərəcəyinin şahidi olacaq.”

Həmin müraciətdən, eləcə də aksiyalara çağırışlardan bir müddət sonra Güney Azərbaycan şəhərlərtində İranın Ermənistana yardımlarına etiraz olaraq aksiyalar başlandı. Güney Azərbaycanda Azərbaycan Türk Milləti Nurduz keçid məntəqəsinin bağlanmasını tələb etmişdi.

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb

GADTB: Dünən Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb. Güney Azərbaycan Mili Hərəkatının fəallarından …

Bir cavab yazın