Çərşənbə , Yanvar 15 2025
azfa

Türkiyənin Çin istiqamətinə yola saldığı ilk ixrac qatarı məqsədə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Çin istiqamətinə yola saldığı ilk ixrac qatarı artıq məqsədə çatıb.

Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu bildirib. Nazir dekabrın 4-də İstanbuldan yola çıxan qatarın Çinin Xian şəhərinə fasiləsiz şəkildə çatmasını Türkiyənin dəmiryolu nəqliyyatındakı zəfəri adlandırıb. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən, 2 qitə, 2 dəniz və 5 ölkədən keçən yük qatarı ümumilikdə 8693 kilometr yol qət edib.

Xatırladaq ki, ilk dəfə bu marşrut üzrə Çindən çıxan tranzit yük qatarı 2019-cu ilin noyabr ayında Praqa şəhərinə çatıb. Qatar sonradan Çin-Türkiyə-Avropa xətti üzrə 10 blokdan ibarət yüklə hərəkətdə olub. Bu dəfə isə ixrac yükü daşıyan qatar ilk dəfə Türkiyədən Çinə hərəkət edib.

Həmçinin yoxlayın

İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib

GADTB: İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib. “Çərşənbə axşamları edama yox” …

Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri yayıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri …

Bir cavab yazın