Cümə axşamı , Oktyabr 22 2026
azfa

Türkiyənin Çin istiqamətinə yola saldığı ilk ixrac qatarı məqsədə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Çin istiqamətinə yola saldığı ilk ixrac qatarı artıq məqsədə çatıb.

Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu bildirib. Nazir dekabrın 4-də İstanbuldan yola çıxan qatarın Çinin Xian şəhərinə fasiləsiz şəkildə çatmasını Türkiyənin dəmiryolu nəqliyyatındakı zəfəri adlandırıb. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən, 2 qitə, 2 dəniz və 5 ölkədən keçən yük qatarı ümumilikdə 8693 kilometr yol qət edib.

Xatırladaq ki, ilk dəfə bu marşrut üzrə Çindən çıxan tranzit yük qatarı 2019-cu ilin noyabr ayında Praqa şəhərinə çatıb. Qatar sonradan Çin-Türkiyə-Avropa xətti üzrə 10 blokdan ibarət yüklə hərəkətdə olub. Bu dəfə isə ixrac yükü daşıyan qatar ilk dəfə Türkiyədən Çinə hərəkət edib.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın