Cümə axşamı , Yanvar 28 2021
azfa

Türkiyənin güclənməsi Yunanıstanı qorxuya salıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilər kimi türkə qarşı aqressiv mövqe tutan Yunan artıq Türkiyənin güclənməsindən ciddi qorxuya düşüb.

Yunanıstan xarici işlər naziri Nikos Dendias həmin qorxu hissinə toxunaraq deyib ki, 2000-ci illərdə Avropa Birliyinə daxil olmaq üçün addımlar atan Türkiyə artıq osmanlıçı təhdidkar bir siyasət yürüdür.

“Türkiyə bu davranışlarından vaz keçməli və problemləri beynəlxalq hüquqa uyğun şəkildə çözməlidir. Biz Kiprdə BMT qərarlarına və AB dəyərlərinə uyğun bir həlli dəstəkləyirik. Lakin həm Türkiyənin, həm də Şimali Kipr lideri Ərsin Tatarın son açıqlamaları, eləcə də Maraşın açılması kimi davranışlar xoşgörülü yanaşmanı mümkünsüz edir”, – o bildirib.

Qeyd edək ki, Yunanıstan istəyir türklərin yaşadığı hissəni də öz hakimiyyəti altına alıb, yenidən türkləri represiya və zülmə məruz qoysun.

Həmçinin yoxlayın

İran rejim Anar adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, antitürk İran rejimi Anar adına görə azərbaycanlı körpəyə …

İran Xarici işlər naziri: “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ərazilərini işğal edən Ermənistanı dəstəkləyən İran Ermənistanın …