Cümə axşamı , Avqust 18 2022
azfa

Türkiyənin NATO-nun Madrid iclasında qazandığı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən gün bütün dünyanın diqqəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə Madriddə keçirilən dördtərəfli zirvə görüşünə yönəlmişdi.

Görüşün əsas müzakirə mövzusu Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi idi. İki saatdan artıq keçən danışıqların nəticəsi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan veto hüququndan imtina edərək, Finlandiya və İsveçin Ankaranın tələblərini qəbul etmək şərti ilə NATO-ya daxil olmasına icazə verdi.

Türkiyə Madrid görüşündə nə qazandı? Ankaranın hansı şərtləri qəbul edildi?

Türkiyə, İsveç və Finlandiya arasında imzalanan birgə memoranduma əsasən, Ankaranın irəli sürdüyü 11 tələb hər iki ölkə tərəfindən qəbul edilib.

Bunlar aşağıdakılardır:

– PKK və onun uzantılarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq

– Terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirmək

– PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi

– Müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması və əməkdaşlığın artırılması.

– Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi

 – Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması

– Terrorçu cinayətkarların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilə üzrə tənzimləmələrin aparılması

– PKK və onun cəbhə təşkilatlarının pul toplama, işə götürmə fəaliyyətinin qadağan edilməsi və onların araşdırılması

– Türkiyə əleyhinə terror təbliğatının qarşısının alınması

– Finlandiya və İsveçin Avropa İttifaqının təhlükəsizlik mexanizmlərində, o cümlədən PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) ən geniş iştirakının dəstəklənməsi

– Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.

Qeyd edək ki, dünyanın bir çox liderləri İsveç, Finlandiya və Türkiyənin NATO üzvlüyü ilə bağlı razılığa gəlmələrini alqışlayıb. ABŞ Prezidenti Co Bayden bildirib ki, üç ölkə arasında memorandumun imzalanması müsbət haldır: “Nəticədə bu bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, NATO sammiti üçün əla başlanğıcdır”.

Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı razılıq verməsini fantastik xəbər adlandırıb: “Bu, fantastik xəbərdir. İsveç və Finlandiyanın üzvlüyü bizim parlaq ittifaqımızı daha güclü və təhlükəsiz edəcək”.

Ümumilikdə Madrid görüşünün nəticələri Türkiyənin siyasi qələbəsi hesab olunur. Bildirilir ki, qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan NATO məsələsində sonadək mövqeyini müdafiə edərək, istədiyi nəticəni qazana bilib.

Həmçinin yoxlayın

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …

İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Melika Qaragözlü qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Əllamə Təbatəbayi Universitetinin …