Bazar ertəsi , Yanvar 17 2022
azfa

Türkiyəyə qarşı 6 ölkə Afinada bir araya gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Afinada Türkiyəyə qarşı 6 ölkə bir araya gəlir.

Bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis deyib. O bildirib ki, Türkiyə və Yunanıstan arasında keçirilən tədqiqat görüşlərinin növbəti mərhələsi fevralın sonu və ya martın əvvəlində Afinada baş tutacaq.

Müzakirələr barədə danışan Miçotakis Afinada keçiriləcək görüşü “doğru istiqamətdə yaxşı bir addım” adlandırıb.

Digər tərəfdən, gələn həftə Afinada Cənubi Kipr, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan və Bəhreyn xarici işlər nazirlərinin iştirakı ilə görüşün keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, sözügedən ölkələr Aralıq dənizinin şərqi ilə bağlı mübahisələrdə Türkiyəyə qarşı Yunanıstanı dəstəkləyirlər.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …