Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Türkiyə “Abdülhamid Han” qazma gəmisini Aralıq dənizinə göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez Türkiyənin 4-cü qazma gəmisi “Abdülhamid Han”ın Aralıq dənizinin dərin sularını qarşılamaq üçün günləri saydığını bildirib.

“Twitter” hesabından etdiyi paylaşımda nazir yazıb: “Gəminin qazma qabiliyyəti, dəniz, sistem və avadanlıq testləri tamamlandı. “Abdülhamid Han” Aralıq dənizinin dərin suları ilə görüşmək üçün günləri sayır”.

Qeyd edək ki, yeni nəsil texnologiya ilə təchiz edilmiş “Abdülhamid Han” qazma gəmisi iyulun 27-də limandan təqribən 10 dəniz mili məsafədə üzərək sınaq prosedurlarını tamamlayıb və avqustun 2-də geri qayıdıb. Prosedurları tamamlanan gəminin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən avqustun 9-da Mersin Taşucu limanından ilk səfərinə yola salınması gözlənilir.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …