Bazar , Oktyabr 18 2026
azfa

Türkiyə ABŞ-a cavab olaraq Qibrisdə Bayraqdar PUA-ları yerləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Şimali Kiprdə pilotsuz uçuş aparatları (PUA) yerləşdirib və adaya yeni silahların çatdırılmasını istisna etmir. Bu barədə Türkiyə prezidenti RəcəbTayib Ərdoğan deyib.

“Türkiyə Şimali Kiprdə pilotsuz uçuş aparatları, o cümlədən zərbə PUA-ları yerləşdirib. Mən adaya yeni silahların çatdırılmasını istisna etmirəm. Bu, bizim haqqımızdır. Biz Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) bütün istiqamətlərdən tam şəkildə təmin etməliyik”, – Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, bu, Türkiyənin ABŞ-ın Yunan Kiprə silah embarqosunu ləğv etmək qərarına ilk reaksiyası olub.

Ərdoğan Şimali Kiprin Kərpaz yarımadasında yeni türk hərbi bazasının yaradılması ehtimalına da münasibət bildirib. O, hərbi baza yaratmaq qərarından asılı olmayaraq, bu gün Türkiyədən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələrinin ən qısa zamanda adaya çata biləcəyinə diqqət çəkib.

“Bu məsələdə də heç bir problem yoxdur”, – prezident vurğulayıb.

Həmçinin yoxlayın

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. …