Şənbə , Oktyabr 17 2026
azfa

Türkiyə “Atmaca” raketini kütləvi istehsalına başlayır

GADTB: Türkiyənin əsas raket istehsalı ilə məşğul olan “Roketsan” şirkəti sualtı qayıqdan “Atmaca” gəmi əleyhinə qanadlı raketini buraxmağa hazırlaşır.

Bu barədə “SavunmaSanayiST.com” Tvitter səhifəsində məlumat yayıb.

Şirkətin baş direktoru Mirad İkinci bildirib ki, “Atmaca”nın xüsusilə Asiya-Sakit okean regionunda güclü ixrac tələbatı var:

“Əslində “Atmaca”nın özü yeganə raket deyil. Bu raket digər qanadlı raketlər üçün əsas olacaq platformadır. Hazırda Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən gəmi əleyhinə raket kimi istifadə olunur.

“Atmaca” həmçinin, 3D uçuş yolunu planlaşdırma sistemi ilə də təchiz olunub. Bu da ona coğrafi maneələri, o cümlədən adaları keçməyə imkan verir. Bundan əlavə, “Atmaca” sistemi bir neçə qanadlı raketin eyni anda hədəfə çatmasına imkan verir.

Bu, Türkiyənin ilk milli gəmi əleyhinə raketidir. Maksimum uçuş məsafəsi 250+ kilometr olan “Atmaca” raketi aktiv radar axtarıcıya sahibdir”.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …