Çərşənbə , Oktyabr 21 2026
azfa

Türkiyə daha 9 terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın şimalındakı Metina bölgəsində PKK üzvü 9 terrorçu hava əməliyyatı nəticəsində zərərsizləşdirildi.

Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında yer alan məlumatda “Terrorçuların yuvalarını məhv etməyə davam edirik. İraqın şimalındakı Metina bölgəsində kəşfiyyat və izləmə vasitələri ilə aşkarlanan 9 PKK terrorçusu Hərbi Hava Qüvvələrimizin uğurlu hava əməliyyatı nəticəsində zərərsizləşdirildi. Əməliyyatlarımız qətiyyətlə davam edəcək” deyilib.

Qeyd edək ki, Bitlisin Tatvan qəsəbəsində separatçı terror təşkilatı PKK/KCK-ya qarşı həyata keçirilən əməliyyatda isə quldurlara aid 500 qram TNT qəlibi və müxtəlif material ələ keçirilib.

Həmçinin yoxlayın

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …