Bazar , Noyabr 15 2026
azfa

Türkiyə dünyada ilk MOLAB maşınını düzəltdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən hazırlanan MOLAB dünyanın ilk mobil laboratoriya maşınıdır və fəlakət zonalarında riskli binaların təsbiti üçün nəzərdə tutulub

Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən hazırlanan MOLAB dünyanın ilk mobil laboratoriya maşınıdır və fəlakət zonalarında riskli binaların təsbiti üçün nəzərdə tutulub.

Qruplar fəlakət sahələrindəki riskli binalardan nümunələr götürür. Bu nümunələr mobil laboratoriya maşınında araşdırılır, sonra binanın riskli olub-olmadığı, dağılıb-dağılmayacağı qərarı verilir.       

MOLAB laboratoriya maşını sahədə mövcud binaların beton, möhkəmlik, zəmin, sürüşmə və bənzər testləri edir.

Sürətli bir şəkildə – orta hesabla 2-4 saat arası bütün testlərin edilərək qərar verilməsini təmin edən cihazlar binaların hərəkətini hər an izləyə bilir.

Binalarda hər hansı bir yer dəyişmə olduqda məsul şəxslərə məlumat verilir.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …