Çərşənbə , Oktyabr 14 2026
azfa

Türkiyə hərbçiləri İraqda 17 PKK terrorçusunu məhv etdi

GADTB: Türkiyə ordusunun İraqın şimalında terrorçulara qarşı hava zərbələri nəticəsində sentyabrın 17-dən 18-dək 17 yaraqlı zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, İraqın Qara bölgəsində 8, Qəndil dağı ərazisində 5, Hakurkda isə daha 4 terrorçu məhv edilib.

“Türkiyə ordusu silahlıları öz baza ərazilərində məhv etmək üçün qəfil hücumlar həyata keçirməyə davam edəcək”, – deyə nazirlik vurğulayıb.

Daha öncə Ankara bildirmişdi ki, ilin əvvəlindən Türkiyə ordusu İraqın şimalında və Suriyada 2 mindən çox terrorçunu zərərsizləşdirib.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …