Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Türkiyə İrana silah satışı iddialarını təkzib etdi

GADTB: Türkiyə hakimiyyəti Ankaranın İrana silah satması ilə bağlı sosial mediada yayılan iddiaları təkzib edib.

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinə bağlı Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bildirib ki, Türkiyənin İrana qabaqcıl hava hücumundan müdafiə sistemləri və dron raketləri verdiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qurum açıqlamasında bu tip iddiaların ictimai düşüncəni manipulyasiya etmək və regionda mövcud olan həssas tarazlığı pozmaq məqsədi daşıdığını vurğulayıb. Mərkəz vətəndaşları “zərərli dezinformasiya kampaniyalarına” inanmaqdan çəkinməyə çağırıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …