Çərşənbə , Oktyabr 14 2026
azfa

Türkiyə İranın Rəisini daşıyan helikopterin özləri tərəfindən tapılması barədə yalanlarını ifşa etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə İran rəsmiləri tərəfindən Rəisini daşıyan helikopterin qalıqlarının “İran PUA-ları tərəfindən tapıldığını” dair açıqlamasına təkzib edib.

Türkiyə rəsmi olaraq Rəisini helikopterin qalıqlarının “Akıncı” dronu tərəfindən tapıldığını və koordinatlarının İran rəsmilərinə göndərdiyini açıqlayıb.

Türkiyənin nəqliyyat naziri Uraloğlu bununla bağlı deyib: “Türk pilotsuz uçan aparatının helikopterin qalıqlarının tapılması əməliyyatını bütün dünya saniyə-saniyə onlayn izlədi. İran hakimiyyəti ilə bu şifahi mübahisəyə özümüzü cəlb etməyəcəyik, qonşuluq borcumuzu yerinə yetirmişik!”.

Qeyd edək ki, İran rəsmiləri axtarış əməliyyatı barədə yalan məlumatlar yayırlar.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …