Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi Sərəskənddə kəndliləri həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Həştrud (Sərəskənd) bölgəsində bir neçə kəndli molla rejimin qüvvələri tərəfindən həbs edilib.

Məlumata görə, həbs edilən 6 kəndlidən kimliyi açıqlanan beşinin Rəhmət Səidi, Cəfər Şərifi, Davud Şərifi, Hadi Şərifi və Aqil Talebinin Xoca Uyğur, Bayat, Ləmşan və Xorasanlı kəndlərinin sakinləri olduğu bildirilib.

Kəndlilər bölgədə hökumətə bağlı qum və çınqıl zavodlarının qaydasız fəaliyyəti nəticəsində Qaranquçayın istiqamətinin dəyişməsinə etiraz ediblər.

Etirazçı kəndlilər zavodların fəaliyyəti səbəbindən əkin və bağ sahələrinin ciddi ziyan gördüyünü vurğulayıblar.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …