Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Türkiyə ordusu çox sayda terrorist məhv etdi bir vertalyot vuruldu – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə dünən “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrində 36 terror yuvasını darmadağın edib.

Aviazərbələr nəticəsində 79 YPG və İŞİD üzvü məhv edilib. Bununla da Afrində öldürülən terrorçuların sayı 1141-ə çatıb.

Bir qədər əvvəl “Zeytun budağı” əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter vurulub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında bildirib.

“Təbii, bunlar olacaq. Biz müharibənin içindəyik. İtkimiz də olacaq. Amma bir helokopterimiz vuruldusa, bunun əvəzini onlar qat-qat ödəyəcək”, – deyə Ərdoğan bildirib.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın