Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Türkiyə ordusu Afrində ilk dəfə şəhər mərkəzinə irəlilədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Afrində terrorçulara qarşı həyata keçirdiyi “Zeytun budağı” əməliyyatının 22-ci günündə türk ordusu şəhərin mərkəzinə doğru 3 kilometr irəliləyib. Bu, Afrin əməliyyatında 22 gün sonra bir ilk olaraq dəyərləndirilir.

PYD/YPG terror təşkilatının Eşkan bölgəsindəki kəşfiyyat qərargahı yerlə-bir edildikdən sonra türk ordusu ümumilikdə Afrinin mərkəzinə doğru 11 kilometr irəliləyib.

Məlumata görə, terrorçuların qərargahında 65 PKK üzvü məhv edilib. Bununla yanaşı, dünən gecə keçirilən əməliyyat nəticəsində Eşkan bölgəsinin şimalında səhra-kəşfiyyat qərargahı da məhv edilib. Terrorçular bu qərargahdan xarici kəşfiyyat orqanları ilə əlaqə qurmaq üçün istifadə edirmiş.

Dünən Türkiyə ordusu Hatay bölgəsindən terrorçuların Afrinin Cinderes kəndindəki mövqelərini də bombalayıb.

Hərbi mənbələr, Türkiyə ordusunun Afrində tarixi zəfər qazandığını, terrorçuların təmizlənməsi əməliyyatının uğurla davam etdiyini qeyd ediblər.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın