Bazar ertəsi , Noyabr 16 2026
azfa

Türkiyə ordusu daha 11 terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri terrora qarşı mübarizə əməliyyatları çərçivəsində 8 terrorçunu məhv edib. Bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.

Məlumata görə, terrorçular Avaşin Basyan və Zap bölgələrində həyata keçirilən hava hücumları zamanı öldürülüb.

Türkiyə Silahlı Qüvvələrinin Hakkaridə həyata keçirdiyi hava hücumu nəticəsində daha 3 terrorçu məhv edilib.

Məlumata görə, Kavaklı və Yoncalı bölgəsində PUA-lar vasitəsi ilə təyin edilən PKK-çı terrorçular zərərsizləşdirilib.

Bölgədə terrorla mübarizə çərçivəsində əməliyyatların davam etdirildiyi bildirilib.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın