Bazar , Oktyabr 25 2026
azfa

“Tüpraş” da İran adlanan ölkədən neft idxalını azaldıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin əsas xam neft idxalçısı olan “Tüpraş” holdinqi İran adlanan ölkədən neft tədarükünü azaldıb.

ABŞ-ın İrana sanksiyalar tətbiq edəcəyini açıqladığı may ayından etibarən “Tüpraş”ın İrandan neft idxalı azalıb.

Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) məlumatına görə, “Tüpraş” cari ilin ilk dörd ayında İrandan gündəlik 187 min 196 barrel xam neft idxal edib. “Tüpraş” təkcə aprel ayında isə İrandan sutkalıq 240 min barreldən bir az çox neft idxalı həyata keçirib.

May ayında etibarən “Tüpraş”ın İrandan xam neft idxalı isə azalıb. May və iyun aylarında şirkətin İrandan neft idxalı gündəlik 130 min barrel olub. “Tüpraş” iyul ayında İrandan sutkada təxminən 100 min barrel xam neft alıb.

Analitiklərin fikrincə, “Tüpraş”ın İrandan neft tədarükü bu səviyyələrdə davam edəcək.

Xatırladaq ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.

Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdəikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək.

 

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın