Bazar , Oktyabr 25 2026
azfa

Türkiyə ordusu kürd terrorçularına yardım edən avropalı terrorçuları öldürdü

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Afrində keçirilən “Zeytun budağı” əməliyyatında 3 terrorçu öldürülüb. Öldürülən terrorçular YPG terror təşkilatının üzvləri olublar.

Onların Niderland, İspaniya və Fransa vətəndaşı olduğu bildirilib.

Öldürülənlərdən biri hollandiyalı Sjoerd Heeger xarici mətbuat orqanlarına verdiyi müsahibələrlə məşhur olub.

Məlumata görə, Heeger türk ordusuna partladıcı yerləşdirilmiş avtomobillə hücuma hazırlaşarkən “Bordo bereli” snayperin sayıqlığı nəticəsində məhv edilib.

Baran Sason kod adlı holland terrorçu Cerablus, Əl Bab və Rakkadakı döyüşlərdə YPG cərgələrində vuruşub. Həyat yoldaşı və qızını ataraq Suriyaya gələn terrorçunun ölüm faktını Niderland səfirliyi də təsdiqləyib.

Ailəsinin terrorçunun dəfninin qəbul etmədiyi açıqlanıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın