GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay Qərbin təzyiqlərinə toxunaraq deyib ki, S-400 və F-35-lə bağlı bizi sanksiyalarla hədələyənlər bilməlidir ki, təhdidlər bizi daxili dizayn və istehsala həvəsləndirəcək.
“Türkiyə yaxın gələcəkdə öz hava müdafiə sistemlərinə, F-35-ə bənzər hərbi təyyarəyə, quruda pilotsuz hərbi vasitələrə sahib olacaq. Prezidentimizin rəhbərliyi altında milli təhlükəsizliyimizə inamımız artıb, dostlara güvənc, düşmənə qorxu salmışıq”, – Oqtay qeyd edib.