Cümə , Yanvar 3 2025
azfa

Türkiyə şirkətləri Qarabağa investisiya qoyuluşunu artırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar Şurasının və İdarə Heyətinin sədri Aygün Attarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizə investisiya qoyuluşunun artırılması müzakirə edilib.

Qeyd edilib ki, qardaş ölkə ilə birgə infrastruktur layihələrinin həyata keçirilməsi çoxtərəfli iqtisadi-ticarət və investisiya tərəfdaşlığının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …